Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 17:06
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarına gəlməyənlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Sonxeber.net-a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 26 469 nəfərdən 277 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu göstərib.