Tarix: 2 Avqust 2019 11:04
"Düzü, "Arsenal"ın qələbə qazanacağını düşünmürdüm. Aydındı ki, onlar bütün gücləri ilə irəli atıldılar. Ancaq "Neftçi"nin futbolçularının səviyyəsi aşağı deyil, hətta tulalılardan yüksəkdir".
Qol.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoy yerli mətbuata açıqlamasında deyib.
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin hər iki görüşdə Rusiyanın "Arsenal" klubuna qalib gəlməsini dəyərləndirən veteran futbolçu təmsilçimizin layiqli qələbə qazandığını bildirib: "Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi".
Xatırladaq ki, "Neftçi" Tuladakı görüşdə 1:0, ötən gün Bakıda keçirilən matçda isə "Arsenal"ı 3:0 hesabı ilə məğlub edərək 3-cü mərhələyə yüksəlib.