Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycandakı ruslar: "Bura Vətəndir, şəhidimiz də var"

Azərbaycandakı ruslar:

Tarix: 19 May 2021 11:54

Rusiyanın nüfuzlu "Nezavizimaya qazeta" nəşri xristianlar üçün müqəddəs Pasxa həftəliyi günlərində Azərbaycanda olub və səfər təəssüratlarını bölüşüb. Reportajda Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi ərazilərdəki xristian-alban abidələri ilə bağlı obyektiv, ürəkaçan, maraqlı fikirlər əks olunub. Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxasiyasının mətbuat katibi Konstantin Pominovun 44 günlük Qarabağ müharibəsi ilə bağlı fikirləri maraqlıdır. "İstədik, istəmədik siyasətdə iştirak etməli oluruq", - deyən din xadimi əlavə edib ki, "Azərbaycanda kilsə torpağının taleyinə necə biganə qala bilər? Hərbi əməliyyatlar gedəndə mənə Moskvadan irad bildirmişdilər ki, həddən artıq siyasiləşirəm. Mən isə cavabında deyirdim ki, məgər mən Qarabağı ermənilərə verilməsinə çağırış etməliyəm? Azərbaycan vətəndaşı kimi ermənilərin bu torpaqları geri qaytarmasına çağırırdım. Moskvada bunu anladılar".

"Ermənilər münaqişəni xristian-islam münaqişəsi kimi qələmə verməyə çalışırlar"

O, əmindir ki, işğaldan azad edilən ərazilərdə dini müxtəliflilik təmin olunacaq. Və bu bütöv ölkədə İlham Əliyevin prezidentliyi dövründə təmin olunacaq: "Ermənilər xristiandır belə götürəndə. Lakin onlar münaqişəni xristian-islam münaqişəsi kimi qələmə verməyə çalışırlar. Ermənistanın Cənubi Qafqazda mehriban münasibətləri malik olduğu dövlət yoxdur. Əgər Azərbaycan xristianlara qarşı döyüşsəydi, ilk növbədə bizi məhv edərdi". Proteri misal kimi də Bakının mərkəzində erməni kilsəsini göstərir. Təmir olunduğunu və erməni əlyazmalarının saxlanıldığını deyir. Rus jurnalist də etiraf edib ki, belə kilsənin olduğunu gözləri ilə görüb. Din xadimi əvəzində ermənilərin işğaldan azad edilən Qarabağda məscidlərə qarşı ermənilərin yol verdiyi vandalizmi misal çəkir: "Şuşada sovet dövründə kilsə var idi. Ermənilər onu nə etdilər - qriqoryan kilsəsinə çevirdilər".

Rus jurnalist şəhərlərin yerlə-yeksan olunduğunu, xarabalığa çevrildiyindən yazıb

Müəllif daha sonra işğaldan azad edilən Azərbaycan şəhərlərinin yerlə-yeksan olunduğunu, xarabalığa çevrildiyinə də toxunub. Daha sonra ermənilərin daha bir saxtalaşdırmaya yol verdiklərinə toxunur. Dadivank monastırının illər uzunu erməni kilsəsi kimi qələmə verildiyinə toxunur. Halbuki bu Qafqaz Albaniyasının köklü sakinləri olan udinlərin məbədidir və bunu tarixi mənbələr də sübut edir. Azərbaycan udin icmasının rəhbəri Robert Mobili bildirir ki, "Qafqaz Albaniyası apostol avtokefal kilsəsi - kimsənin uydurması deyil. Onun kanonik ərazisi - müasir Azərbaycandır. Udinlər - Qafqaz Albaniyasının yeganə varislrəri kimi qalıb. Bizim kilsələrin nə erməni, nə də gürcü kilsəsinə aidiyyatı yoxdur".

İvanovka sakini - "44 günlük müharibədə üç gün oruc tutduq. Bir şəhidimiz də var"

Məqalədə həmçinin vaxtilə çar Rusiyasından qovulan rusların da Azərbaycanda yaşamalarından söhbət açılır. Onların kompakt halında İvanovkada yaşadıları, hətta kolxozlarının qaldığı bildirilir. Heydər Əliyev Fondunun kolxoza avtobus bağışladığını isə sakinlər fəxrlə bildirir. "Payızda müharibə gedəndə biz dua edirdik, üç gün oruc tutduq. Bir şəhidimiz var", - deyə sakinlərdən biri bildirib.

Azər Nuriyev
Milli.Az


Etiketlər:  Azərbaycandakı ruslar Bura Vətəndir şəhidimiz var


RƏYLƏR