Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İbrahim İbrahimli onkoloji xəstəliyə tutulub

İbrahim İbrahimli onkoloji xəstəliyə tutulub

Tarix: 19 May 2021 16:20

Sabiq istiqlalçı deputat İbrahim İbrahimlinin səhhətində ciddi problemlər yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dostları sosial şəbəkədə paylaşım edib. MRT müayinəsindən keçən İbrahimlinin beynində şiş əmələ gəldiyi və bunun nəticəsində də qan dövranın pozulduğu aşkar edilib.

Qeyd edək ki, İ. İbrahimli 1991- ci ildə Azərbaycan xalqının müstəqillik istəyi ilə bağlı parlamentdə baş tutan səsvermədə müstəqilliyin lehinə səs verən 43 nəfər deputatdan biri olub. Bundan əlavə, uzun illər Müsavat Partiyasının üzvü olan sabiq deputat 2015-ci ildə isə partiyadan istefa verib.

Milli.Az


Etiketlər:  İbrahim İbrahimli onkoloji xəstəliyə tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ