Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Korotçenko Qarabağla bağlı əsas suallara cavab verib - Eksklüziv müsahibə

Korotçenko Qarabağla bağlı əsas suallara cavab verib - Eksklüziv müsahibə

Tarix: 19 May 2021 17:36

Rusiyanın "Nasionalnaya oborona" (Milli müdafiə) məcmuəsinin baş redaktoru İqor Korotçenko Sputnik-in studiyasında bir sıra aktual suallara cavab verib. Söhbətin əsas mövzusu Azərbaycan-Ermənistan sərhədində vəziyyət olub.

Analitik qeyd edib ki, Qarabağ uğrunda Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra meydana çıxan, o cümlədən Qarabağa dair üçtərəfli bəyanatda nəzərdə tutulmuş vacib məsələlərdən biri də sərhədlərin demarkasiyasıdır. Onun sözlərinə görə, bunun üçün əsas olaraq SSRİ Baş Qərargahının topoqrafik xəritələri götürülür və həmin xəritələrdə Azərbaycan SSR və Ermənistan SSR-in sərhədləri kifayət qədər dəqiq müəyyən olunub.

Azərbaycan və Ermənistan sərhədində vəziyyət

Demarkasiya prosesini müşayiət edən səs-küyü şərh edən ekspert bildirib ki, bu, məsələnin lazımsız siyasiləşdirilməsidir və ilk növbədə Ermənistanın növbədənkənar parlament seçkilərinin astanasında olması ilə bağlıdır.

Paşinyanın iki dövlət arasındakı sərhədlə bağlı vəziyyətə dair KTMT-yə müraciətinə gəldikdə isə, Korotçenko bunu əsassız hesab edir. Bu cür müraciət üçün beynəlxalq səviyyədə tanınmış hərbi təcavüz faktı olmalıdır. Hazırda isə söhbət heç sərhədyanı insidentdən də getmir - bu, sırf demarkasiya məsələsidir, Korotçenko bildirib.

"Ermənistanda keçiriləcək seçkiləri nəzərə alsaq, KTMT-yə müraciət sırf Paşinyanın siyasi qərarıdır. Bununla Paşinyan bir tərəfdən erməni maraqlarının keşiyində dayandığını nümayiş etdirmək istəyir, digər tərəfdən fəal şəkildə ona hücum edən siyasi rəqiblərinin əllərindən onların üstün mövqelərini almaq istəyir", - deyə Korotçenko vurğulayıb.

O bildirib ki, yuxarıda qeyd olunanları, habelə Qarabağ uğrunda ikinci müharibənin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi hadisələrə həddən artıq kəskin reaksiya verir.

Onun sözlərinə görə, Yerevan məsələyə kənar tərəfləri, məsələn Fransanı cəlb etməyə çalışır ki, onun mövqeyi də bu məsələdə destruktiv və qərəzlidir.

Cənubi Qafqaz - Rusiyanın maraq zonasıdır

Analitikin sözlərinə görə, Rusiya tərəfi məsələyə ABŞ-ın müdaxilə etmək cəhdlərini narahatlıqla müşahidə edir.

"Zənnimcə, amerikalılar qiymətləndirmə və mövqe nümayişində bir qədər mülayimlik nümayiş etdirməlidirlər. Hər necə olsa, biz başa düşürük ki, Cənubi Qafqaz ilk növbədə Rusiya maraqları dairəsinə aid zonadır və Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın maksimum sakit keçməsi Rusiyanın maraqlarına uyğundur", - deyə o qeyd edib.

Ekspert xatırladıb ki, demarkasiya Qarabağa dair üçtərəfli bəyanatın ancaq bir bəndidir. Qarşıda nəqliyyat dəhlizlərinin reallaşmasıdır ki, onlar da açılmalıdır.

"Hazırda Laçın dəhlizi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəhliz də açılmalıdır. Bu dəhlizə nəzarəti Federal Təhlükəsizlik Xidmətinin (Rusiya - redaktor) sərhəd xidməti həyata keçirəcək", - deyə o bildirib.

Korotçenko hesab edir ki, KTMT Xarici İşlər Nazirləri Şurasının Düşənbədə keçiriləcək iclasında Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirəyə çıxarılacaq və təşkilatın məqsədi odur ki, məsələ siyasi müstəvidə həllini tapsın. Həm də ki, Moskva bu prosesdə fəal iştirak edir. Rusiya sülhməramlıları və onların komandanı Rüstəm Muradov maksimum çalışırlar ki, Azərbaycan və erməni tərəfindən işçi qaydada yaranan problemlər siyasiləşdirilmədən həll edilsin. Buna heç də həmişə tez nail olmaq olmur, lakin Rusiya bütün proseslərdə fəal iştirak edir və onların həllinə kömək edir, deyə ekspert bildirib.

Azərbaycan Ermənistan ərazisinə təcavüz etmir

Korotçenko əmindir ki, demarkasiya prosesindən qaçınmaq mümkün deyil. Yerevana xoş olub-olmamasından asılı olmayaraq iki ölkə arasında sərhədlər dəqiq müəyyən edilməlidir və bunun mümkün qədər tez həlli Ermənistanın özünün maraqlarına uyğundur. Bu halda sui-istifadə və narahatlıq üçün səbəb də az olacaq.

"O ki qaldı Azərbaycanın keçirdiyi və Ermənistanda narahatlıq doğuran təlimlərə, burada bunu demək olar - Azərbaycan müharibəni udub. Onun Ermənistana qarşı silahlı fəallığa ehtiyacı yoxdur", - deyə o qeyd edib.

Rəsmi Bakı dəfələrlə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə təcavüz etmədiyini və gələcəkdə də bunu etməyi planlaşdırmadığını bəyan edib. Bundan əlavə, Ermənistan KTMT-nin üzvüdür və istənilən silahlı təcavüz faktı erməni tərəfinin yardım üçün təşkilata müraciət etməsinə bəhanə ola bilər.

O qeyd edib ki, Rusiya hərbi bazasının Sünikdə (Zəngəzur) yerləşdirilməsinə gəldikdə isə, ekspert hesab edir ki, bu məsələ Rusiya-Ermənistan münasibətlərinə və Kremlin siyasi qərarlarına aid məsələdir. Əgər belə bir qərar qəbul olunarsa, o, müvafiq şəkildə rəsmiləşdiriləcək.

Müsahibə əsnasında həmçinin Rusiya-Belarus münasibətlərinə də toxunulub. Konkret olaraq Rusiya və Belarusun NATO blokuna qarşı durması məsələsinə dair fikirlərini bölüşən Korotçenko bildirib ki, vəziyyətin sabitləşməsi və təhlükənin neytrallaşdırılmasının elementlərindən biri Belarus ərazisində Rusiya hava-kosmik qüvvələri bazasının yerləşdirilməsi ola bilər.


Etiketlər:  Korotçenko Qarabağla bağlı əsas suallara cavab verib Eksklüziv müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ