Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 18:44
Türkiyə Super Liqasında mövsümü 2-ci pillədə başa vuran "Qalatasaray" heyətdə təmizlik işlərinə başlayıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, "cim-bom" artıq 6 futbolçu ilə yollarını ayırıb.
Martin Linnes, Şener Özbayraklı, Əmrə Taşdemirlə yeni müqavilə imzalanmayıb, həmçinin icarədə olan Oqenekaro Etebo, Marselo Sarakki və Gedson Fernandes müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.
Arda Turan və Əmrə Akbaba ilə yeni sözləşmə planlaşdıran rəhbərlik Ömər Bayram, Rayan Donk, Halil Dərvişoğlu və Henri Onyekuru ilə bağlı qərarını qətiləşdirməyib.
Heyətini gücləndirmək üçün də hərəkətə gələn "sarı-qırmızılılar" "Kasımpaşa" ilə müqavilə müddəti ayın sonuna qədər olan Aytaç Kara ilə ilkin sözləşmə imzalayıb.