Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 08:39
Rusiyada yaşayan erməni mediamaqnat Aram Qabrelyanovun əməkdaşı, "War Gonzo" layihəsinin rəhbəri və qatı ermənipərəstliyi ilə yanaşı, yalanları ilə ad çıxaran Semyon Peqov Telegram kanalnıda Şuşadakı döyüşlərin son dəqiqələrini əks etdirən video dərc edib.
Sonxeber.net bildirir ki, erməni propaqandasının mənsubu olan Peqov etiraf edir ki, İkinci Qarabağ Müharibəsində çəkilmiş kadrlardan ibarət sənədli film Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarından dolayı, indiyədək nümayiş olunmayıb.
Videoda da görünür ki, Daşaltı-Şuşa istiqamətinə geri çəkilən erməni işğalçılar mövqelərimizi atəşə tutur.
"Şuşa uğrunda son döyüşlərdən biri... Daşaltı səmtinə gedəndə bu birlikdən çox az adam sağ qaldı. Döyüşlərin iştirakçılarının xatirələrinə görə, şəxsi heyətin 60 faizindən artığı həlak oldu. Yeni filmimizdə daha çox kadrlar görə bilərsiniz", - Peqov yazıb.