Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 11:54
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra rəsmi Moskvanın Prezidentlər Vladimir Putin və Co Bayden zirvəsinə razılıq verib-verməməsi sualına maraqlı cavab verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Lavrov İslandiyanın paytaxtı Reykyavikdə keçirilən görüşdə jurnalistin mümkün görüşlə bağlı sualını belə şərh edib: "Biz gömrükçü deyilik ki, razılıq verək".
Daha sonra Rusiya XİN rəhbəri amerikalı həmkarı ilə aparılan danışıqların faydalı olduğunu bildirib.