Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni müxalifəti parlamentin təcili iclasını çağırdı

Erməni müxalifəti parlamentin təcili iclasını çağırdı

Tarix: 20 May 2021 16:54

Ermənistan parlamentindəki müxalifət Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalamağa hazır olmasıyla bağlı bəyanatından dərhal sonra parlamentin növbədənkənar iclasını çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "İşıqlı Ermənistan" Partiyasının sədri Edmon Marukyan yayıb. O, Paşinyanı gizli razılaşma hazırlamaqda ittiham edib:

"Yenidən heç bir müzakirənin aparılmadığı hansısa proses gedir. Biz parlamentin növbədənkənar iclasını keçirmək təşəbbüsünü irəli sürmüşük".

Milli.Az


Etiketlər:  Erməni müxalifəti parlamentin təcili iclasını çağırdı


RƏYLƏR