Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sevgilisini öldürüb özünü güllələyən polis əməkdaşı öldü

Bakıda sevgilisini öldürüb özünü güllələyən polis əməkdaşı öldü

Tarix: 21 May 2021 09:06

Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.

Sonxeber.net xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb.


Etiketlər:  Bakıda sevgilisini öldürüb özünü güllələyən polis əməkdaşı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ