Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 08:24
"Real"ın kapitanı Serxio Ramos AVRO-2020-ni buraxa bilər.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, zədədən əziyyət çəkdiyi üçün mövsümü başa vuran 35 yaşlı mərkəz müdafiəçisi heyətə çağırılsa da, qitə birinciliyinə yollanıb-yollanmayacağı qeyri-müəyyəndir. Ramosun məsələsinə bazar günü baş məşqçi Luis Enrike ilə görüşdən sonra aydınlıq gələcək. Veteran futbolçu tam hazır olmasa, AVRO-2020-ni buraxıb, Tokio Yay Olimpiya Oyunlarına yollanmaq istəyəcək.
Qeyd edək ki, Serxio Ramos zədə ucbatından bu mövsüm La Liqada cəmi 15 oyunda iştirak edib.