Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı

Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı

Tarix: 22 May 2021 08:28

Abşeronda intihara cəhd hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ