Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ...

Az yatmaq nəyə səbəb olur? - Ağlı itirmə və ...

Tarix: 22 May 2021 18:48

İngiltərə alimləri orta yaşdakı yetkinlər üzərində aparılan araşdırma 6 saat və daha az yatan adamlarda sonrakı yaşlarda ağlını itirmə riskinin daha yüksək olduğunu ortaya qoyublar.

Sonxeber.net Lent.az-a istinadən bildirir ki, "The Wall Street Journal"ın yazdığına görə, araşdırmalar gecələr 6 saat və daha az yatan 50 yaş aralarında olanların irəli dövrlərində ağlını itirmə ehtimalının eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 22 faiz yüksək olduğunu göstərib.

Ağlını itirmə kimi zehni sağlıq problemi riski gecələr 6 saat və daha az yatan 60 yaş aralarında olan adamlarda isə eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 37 faiz yüksək olur.

Alimlərin bir qrupu az yatmağın ağlı itirməyə səbəb olub-olmayacağı barədə bitərəfdir.  

İngiltərə alimləri iştirakçılara hər 4-5 ildə bir anketlər verərək onların yuxu nizamları ilə bağlı məlumatlar toplamış və irəliləyən yaşlarda görünən zehni sağlıq problemləri ilə az yatmaq arasında əlaqə olduğu qənaətindədirlər.

Araşdırma zamanı 1985-ci ildən etibarən təxminən 8 min adam izlənilib. 25 ildən çox icra edilən elmi təcrübə bu sahədəki ən uzun ardıcıl araşdırma qəbul edilir.

Tədqiqat işinin nəticələri "Nature Communications" jurnalında dərc olunub.  


Etiketlər:  yatmaq nəyə səbəb olur Ağlı itirmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ