Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarus Latviya səfirini ölkədən çıxarır

Belarus Latviya səfirini ölkədən çıxarır

Tarix: 24 May 2021 21:32

Belarus Latviya səfirini ölkədən çıxarır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.

"Səfirdən 24 saat ərzində Belarusdan çıxması istənilib. Səfirliyin bütün diplomatik və inzibati-texniki işçilərinin də 48 saat ərzində ölkə ərazisini tərk etməsi barədə məlumatlandırılıb. Səfirliyin yerləşdiyi binada yalnız bir inzibati-texniki işçi buraxılacaq", nazir deyib.

Bu gün Riqada Belarusun dövlət bayrağının "təhqir olunması" ilə əlaqədar Latviya səfiri Belarus Xarici İşlər Nazirliyinə çağırılaraq, ona etiraz notası təqdim olunub.

Qeyd edək ki, bu gün Riqa meri Belarusun dövlət bayrağını Belarus müxalifətinin istifadə etdiyi bayraqla əvəz edib. Belə ki, hazırda buz hokeyi üzrə dünya çempionatına ev sahibliyi edən Riqanın mərkəzində iştirakçı ölkələrin bayraqları qoyulub. Bu gün Riqa meri Martins Stakis xarici işlər naziri Edgars Rinkevics ilə birlikdə Belarusun dövlət bayrağını müxalifətin istifadə etdiyi "ağ-qırmızı-ağ" bayraqla əvəz edib.

Milli.Az


Etiketlər:  Belarus Latviya səfirini ölkədən çıxarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ