Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 02:35
Aparıcı Günel Həsənzadə (Banu) "Gündən-günə verilişində qonaq olarkən müğənni Nadir Qafarzadədən danışıb.
Sonxeber.net sherg.az-a istinadən xəbər verir ki, o, sənətçi ilə xatirələrindən söz açıb:
"Məsəl var ki, insanı tanımaq üçün birgə yola çıxmalısan. Nadirlə səfərimiz var idi. Gördüm ki, necə gözəl ürəyə malikdir. Yol kənarında kəklik otu və sair satan uşaqlar dururdu. Maşını saxlayıb hamısından kəklik otu aldı. Dedi ki, istəmirəm yol qırağında uşaqlar olsun. Həqiqətən N.Qafarzadəni, Mətanət İsgəndərlini bölgələrdə çox sevirlər. Hara getsəm, deyirlər ki, toy olsa, Nadiri gətirərdin".