Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 11:26
Rusiyanın Perm vilayət məhkəməsi Azərbaycan vətəndaşını 11 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, sevgilisini yandırıb öldürməkdə ittiham olunub.
Məhkəmə istintaqı sübut edib ki, 29 yaşlı azərbaycanlı sərxoş halda sevgilisini şəhərdəki parkların birinə çağırıb. Aralarında baş verən mübahisə zəminində əvvəlcə onu huşu itinədək döyüb, daha sonra ocaq qalayaraq onun içinə atıb. Qadın aldığı ağır yanıq nəticəsində dünyasını dəyişib.