Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 16:12
Türkiyənin Hərbi Dəniz Qüvvələri mayın 25-də Egey və Aralıq dənizinin şərqində "Dəniz canavarı-2021" ("Denizkurdu-2021") adı altında hərbi təlimlərə başlayıb.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Bildirilib ki, təlimdə 25 500 şəxsi heyət, 132 gəmi, 10 sualtı qayıq, 43 təyyarə, 28 helikopter və 14 pilotsuz uçuş aparatı iştirak edir. Bu da 2021-ci ilin martında keçirilən "Mavi Vətən" təlimindən sonra Egey və Aralıq dənizinin şərqində keçirilən növbəti geniştərkibli hərbi tədbirdir.
Pandemiyaya görə, əvvəlki illərdən fərqli olaraq bu il gəmilərə vətəndaşlar buraxılmayacaq.
"Dəniz canavarı" iyunun 5-də başa çatacaq.