Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 20:22
İspaniyanın "Betis" klubu kapitan Xoakin Sançesin müqaviləsini yeniləyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədərdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2015-ci ildən "Betis"də çıxış edir. O, bu mövsüm La Liqada 27 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.