Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 13:56
Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Təzə Bazar" kimi tanınan bazarın yenidən qurulması layihəsinin yeni görüntüləri təqdim olunub.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, "SkyscraperCity Azerbaijan" tərəfindən təqdim olunan yeni layihə dəyişdirilmiş bazar quruluşu, müasir işıqlandırma və dekorativ çəpər ilə fərqlənir.
Əyri xətlər yeni bazar binalarına fərqli bir üslub qazandırır, geniş köşklər isə fəaliyyətini böyütməyə və daha müasir etməyə imkan verir.
Qeyd edək ki, Təzə Bazarın yenidən qurulması davam edir və tacirlər müvəqqəti olaraq 28 May metro stansiyası yaxınlığında başqa yerə köçürülüb.
2000-ci ilə qədər dövlətə məxsus olan Təzə Bazar özəlləşdirilib. Sonra səhmdar cəmiyyət ləğv edilib və minoritar səhmdarlar paylarını böyük səhmdarlara satıblar.