Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 22:34
Niderlandın Utrext şəhərinin mərkəzi dəmir yolu stansiyasının altında dünyanın ən böyük velosiped parkı inşa edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 12 min 656 yeri olan 3 səviyyəli velosiped parkın layihəsi memar Ektor Hukstad tərəfindən hazırlanıb. Parkinqə yalnız binanın perimetri boyunca sütunlar arasında dolaşan çəhrayı yollarla gəlmək mümkündür. Burada, həmçinin rəqəmsal bir park sistemi də fəaliyyət göstərir. Park yerləri velosiped yolları boyunca yerləşir və park yerlərindən əlavə ərazidə təmir xidməti və velosiped icarəsi xidməti də var.
Layihənin məqsədi velosipedçilərin prospektdən avtoparka sərbəst girmələrinə və oradan tez bir zamanda çatmalarına kömək etməkdir.
Yerli sakinlərin avtomobillərdən daha çox velosiped və ictimai nəqliyyatda gəzəcəkləri, bunun da şəhərdəki sıxlıq probleminin həllinə kömək edəcəyi gözlənilir.