Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 09:42
Smartfonlar üçün "HarmonyOS" mobil əməliyyat sistemi iyunun 2-də nümayiş olunacaq. Bu barədə "GSM Arena" nəşrinin "Huawei" şirkətinin materiallarına istinadən məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, "Huawei" tərəfindən "Android" sistemini əvəzləyəcəyi bildirilən, bir sıra mütəxəssislər tərəfindən "Google" şirkətinin əməliyyat sisteminin "qatili" adlandırılan yeni əməliyyat sistemi versiyası onlayn təqdimat zamanı nümayiş olunacaq. Bundan başqa, şirkət "HarmonyOS" əsasında işləyəcək ilk mobil məhsulu təqdim edəcək. Həmçinin təqdimatda bir sıra qurğuların nümayişi gözlənilir.
Mənbələrin məlumatına görə, şirkətin "HarmonyOS" sistemi ilə təchiz edilən ilk qurğusu "Huawei MatePad2" planşeti olacaq. Korporasiyanın planlarına görə, 2021-ci ilin sonunadək Çin şirkətinin istehsalı olan əməliyyat sistemi 300 milyon qurğuya quraşdırılacaq. Bu rəqəmin üçdəbir hissəsini yeni smartfonlar təşkil edəcək.
Bundan əlavə, "Huawei"in planlarına kənar şirkətlərə "HarmonyOS" platformasından istifadəyə və öz telefonlarına "Huawei Mobile Services" (HMS) ailəsinin proqramalarının quraşdırılmasına icazənin verilməsi daxildir. Çin korporasiyasının bu bazar seqmentində ilk tərəfdaşlarından biri "Meizu" şirkəti olacaq.
Nizam Nuriyev