Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərdabda məktəb binası tikən usta və fəhlələr əməkhaqlarını ala bilmirlər - VİDEO

Zərdabda məktəb binası tikən usta və fəhlələr əməkhaqlarını ala bilmirlər - VİDEO

Tarix: 27 May 2021 10:58

Zərdabda 2 il 6  aydır ki, məktəb binasının tikintisində iştirak edən usta və fəhlələr əməkhaqlarını ala bilmirlər. Onlar dəfələrlə tikinti şirkətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. 

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Zərdab rayonunun Sarıqaya kəndində 2018-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə podratçı PDL tikinti şirkəti tərəfindən 90 yerlik modul tipli tam orta məktəbin tikintisinə başlanıb. Məktəbin tikintisində həmin kənddən olan usta və fəhlələr çalışıblar. Layihəyə uyğun olaraq 4 aya tikinti işləri başa çatsa da, usta və fəhlələrin əməkhaqlarının bir hisəsi bu günə kimi ödənilməyib.

Pulları kəsilən sakinlərin çoxu gündəliyə işləyən fəhlələr olub. Dəfələrlə işlədikləri şirkətin iş icraçısına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı podratçı PDL tikinti şirkətinin rəhbəri Fuad Quliyevlə telefon əlaqəsi saxladıq. O, vətəndaşların iddialarını təkzib etdi və ümumiyyətlə tikintidən xəbərsiz olduğunu bildirdi.

İndi vətəndaşlar haqlarını tələb etmək üçün məhkəməyə müraciət edəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Zərdabda məktəb binası tikən usta fəhlələr əməkhaqlarını bilmirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ