Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci dəfə “Qarabağ”ın oyununda

İkinci dəfə “Qarabağ”ın oyununda

Tarix: 3 Avqust 2019 15:20

UEFA Çempionlar Liqasının üçün təsnifat mərhələsinin APOEL – “Qarabağ” matçının hakim təyinatlarını açıqlayıb.

Qol.az-ın məlumatına görə, qarşılaşmanı başda David Massa olmaqla İtaliya Futbol Federasiyasından hakimlər birqadası idarə edəcək. Ona Fabiano Preti və Alberto Tegoni yardım göstərəcək. Dördüncü hakim Rosario Abisso olacaq. 

Massa əvvəllər də "Qarabağ"ın oyununu idarə edib. O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Arsenal” matçını baş hakimi olub.  Ötən il oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə ingilislər Azərbaycan çempionunun qapısından 3 cavabsız top keçirmişdilər.

Xatırladaq ki, APOEL - "Qarabağ" oyunu avqustun 6-da Nikosiyada keçiriləcək.
 

 


Etiketlər:  İkinci dəfə Qarabağın oyununda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ