Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2019 17:08
Bakı. Trend:
İngiltərənin "Çelsi" klubu ötən mövsüm "Mançester Siti"ni qəbul etdiyi oyunda rəqib futbolçu Rahim Sterlinqə irqçi şüarlar səsləndirən azarkeşlə bağlı qərar verib.
Trend-in məlumatına görə, keçən il dekabrın 8-də "Stemford Bric"də keçirilən görüşdə irqçi şüarlar səsləndirən azarkeşlərdən birinə stadiona giriş ömürlük qadağan olunub.
Digər 5 fanata isə 1-2 illik cəzalar tətbiq edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin