Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ağıllarını başlarına yığsınlar!“

“Ağıllarını başlarına yığsınlar!“

Tarix: 28 May 2021 06:00

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. 

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov ermənilərin bu hərəkətini dünyanın diqqətini çəkmək cəhdi kimi qiymətləndirib:

"Səhər mən də xəbərləri gördüm. Bu terrora cəhddir. Onlar ora minaları düzməklə terror törətmək istəyiblər, bu təxribat deyil. Xarici İşlər Nazirliyi də bunu terror kimi qiymətləndirdi. Onlar seçkiqabağı istəyirlər ki, sərhəddi beynəlmiləlləşdirib dünyanın diqqətini özlərinə çəksinlər. Bunu siyasətçi kimi yox, xalqın sənətçisi olaraq deyirəm. Desinlər ki, guya Azərbaycan Erənistanın ərazisinə girir və s. Birbaşa sərhəddə təxribat törətmək istəyirlər. Amma Azərbaycan onlara yerini göstərdi. Dəmir Yumruq bir daha öz sözünü dedi. Onlar belə etməklə öz işlərini çətinləşdirirlər. Düşünürəm ki, bu onların acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərir. Guya bizə nə edə bilərlər ki? Maşalllah, bu gün ordumuz, əsgərimiz hər yerdə yüksək peşəkarlıqla fəaliyyət göstərir, sərhədlərimizi qorumağa qadirdir. 6 erməninin əsir götürülməsi də buna sübutdur".

Sənətçi bu cür təxribatlara davam edərlərsə, Ermənistanın xəritədən silinmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu qeyd edib:

"Yəqin ki, həmin ermənilər layiqli cəzalarını alacaqlar. Onlar ağıllarını başlarına yığsınlar! Hərbi qələbədən sonra Şuşaya gedib "Xaribülbül" festivalı keçirdik. Bu bütün dünyaya mesaj idi ki, torpaqların sahibi qayıtdı. Ağıllarını başlarına yığıb, normal qonşu kimi, insan kimi yaşamaq istəsələr, bu başqa məsələ. Lakin bu cür davam etsələr öz vəziyyətlərini daha da pis edəcəklər və gələcəkdə bir dövlət kimi xəritədən silinmə təhlükələri olacaq. Azərbaycan bundan sonra bir qarış torpağını belə kimə vermək fikrində deyil.  Dövlətimizin buna gücü də, qüdrəti də çatır".


Etiketlər:  Ağıllarını başlarına yığsınlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ