Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 19:08
Yeni dərs ilindən Daşkənd məktəblərində təhsil alan əlaçı şagirdlər hər ay 500 min sum (50 dollar), müəllimlər isə 100 min sum (100 dollar) təqaüd alacaqlar.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Daşkənd şəhərinin rəhbəri Cahangir Artıqxocayev gənclərlə görüşündə bildirib. O deyib ki, paytaxt məktəblərinin hər birində riyaziyyat, fizika, biologiya, kimya və xarici dillər üzrə ən yaxşı 5 şagird seçiləcək, onlar və müəllimləri təqaüd alacaqlar.
C. Artıqxocayev bildirib ki, bu üsul şagirdlərdə həmin fənlərə marağın kəskin artmasına səbəb olacaq.