Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

74 ildən sonra...

74 ildən sonra...

Tarix: 29 May 2021 22:12

İngiltərə Çempionşipində üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanan üçüncü klubun adı məlum olub.

Sports.ru xəbər verir ki, "Suonsi" üzərində qələbə qazanan(0:2) "Brentford" Premyer Liqa nəhənglərinə qarşı mübarizə aparmaq hüququ əldə edib.

Bununla da "Brentford" 1992-ci il 27 may tarixində təsis edilən İngiltərə Premyer Liqasında ilk dəfə oynamaq şansı qazanıb.

Xatırladaq ki, daha əvvəl İngiltərə Çempionşipindən yüksək liqaya "Norviç" və  "Uotford"  vəsiqə qazana bilmişdi.

Məlumat üçün qeyd edək ki, "Arılar" ləqəbi ilə məşhur olan "Brentford" klubu 1889-cı ildə yaradılıb və İngiltərənin ən qədim futbol klublarından biri hesab olunur.


Etiketlər:  ildən sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ