Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 01:50
"Sirr deyil ki, İran və ABŞ, İran və Britaniya, Türkiyə, İran və Rusiya bir-birləri ilə hansı münasibətlərə sahibdirlər. Ölüm gətirən (Paşinyanı nəzərdə tutur - red.) bunların hamısını Azərbaycanla demarkasiya və delimitasiyanın xaç ataları kimi Ermənistana dəvət edir ki, ərazimizdə bir-birləri ilə haqq-hesabları müəyyənləşdirsinlər".
Milli. Az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danileyan yazıb.
"Bunlar hamısı Ermənistana gəlsələr, Suriya bizimlə müqayisədə sanatoriyanı xatırladacaq. Bunlar hamısı isə artıq bənzər istəklərinin olduğunu bildiriblər. Təsadüfi bir şəxsin necə böyük regional müharibəni təhrik edə biləcəyi budur.
Bu, həm də kiçik ölkədə müxtəlif xarici istiqamətlərə sahib olan qruplaşmaların cəzasız fəaliyyətinin nəticəsidir", - deyə o qeyd edib.