Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koloskovdan “Neftçi” haqda xoş sözlər

Koloskovdan “Neftçi” haqda xoş sözlər

Tarix: 4 Avqust 2019 11:12

Rusiya Futbol İttifaqının sabiq prezidenti Vyaçeslav Koloskov Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin Tula “Arsenal”ına hər iki oyunda qalib gəlməsini (1:0) şərh edib.

Qol.az xəbər verir ki, “Sport-express” qəzetinə müsahibəsində o bildirib ki, “Neftçi” çox yaxşı komandadır.

“Mən hələ ilk matçda başa düşdüm ki, rəqib güclüdür. Bakıda isə meydan sahibləri bir çox göstəricidə tulalıları üstələdi. İlk növbədə isə fərdi ustalıqda” – deyə o qeyd edib.

Koloskov deyib ki, “Arsenal” fiziki baxımdan “Neftçi”dən geri qalmayıb: “Onlar da meydan sahibi kimi sərt oynırdılar. Zərbəyə zərbəylə cavab verirdilər. Amma bununla da müqayisə başa çatır. Qalan hər şey “Neftçi”nin xeyrinə idi. Sürət, texnika, fərdi keyfiyyətlər, oyun qavrama “Neftçi”də yüksək idi”.

 


Etiketlər:  Koloskovdan Neftçi haqda xoş sözlər


RƏYLƏR