Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 17:08
Bakı. Trend:
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən və Azərbaycan hərbi aşpazlarının da iştirak etdiyi “Səhra mətbəxi” müsabiqəsinə start verilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan müxtəlif təamların dadına baxaraq qiymətləndirməni həyata keçirir.
Yarışlar çərçivəsində “Dostluq evi”ndə Azərbaycanın hərbi aşpazları tərəfindən hazırlanan müxtəlif milli yeməklərimiz yarış iştirakçılarına və qonaqlara təqdim edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin