Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan neftinin orta qiyməti mayda 5%-dən çox artıb

Azərbaycan neftinin orta qiyməti mayda 5%-dən çox artıb

Tarix: 1 Iyun 2021 12:20

Bu ilin may ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,35 ABŞ dollarına bərabər olub. Bu, aprel ayının orta qiyməti ilə müqayisədə 3,52 dollar və ya 5,42% çoxdur.

Milli.Az bildirir ki, may ayında ən yüksək göstərici (mayın 28-i) - 69,67 dollar təşkil edib, ən minimal göstərici isə (mayın 19-u) 66,10 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 1,61% və ya 1,11 dollar artıb.

Milli.Az


Etiketlər:  Azərbaycan neftinin orta qiyməti mayda 5 dən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ