Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda yeni doğulan körpəyə şəhid atasının adı verildi - VİDEO

Cəlilabadda yeni doğulan körpəyə şəhid atasının adı verildi - VİDEO

Tarix: 1 Iyun 2021 13:36

Müddətdən artıq hərbi qulluqçu Xəqani Fətiyev vətən müharibəsinin qəhrəmanlarındandır. Düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi üçün daim irəli atılan və canından keçən şəhid Xəqani Fətiyevin oğul övladı dünyaya gəlib. Körpə bugün xəstəxanadan xüsusi mərasimlə evə buraxılıb 

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, xəstəxanadan çıxanda bayraqlarla və alqışlarla qarşılandı.

Cəlilabad rayonunun Adnalı kənd sakini, vətən müharibəsində şəhadətə ucalmış Xəqani Fətiyevin oğul övladı dünyaya gəlib. Bu gün körpənin rayon mərkəzi xəstəxanasından çıxarılması münasibətilə mərasim təşkil olunub. 

Yeni doğulmuş şəhid övladına hədiyyələr bağışlanıb. Daha sonra izdihamın müşayəti ilə ana və övladı evə yola salınıb. 

Qəhrəman şəhidimiz Xəqani Fətiyevin vəsiyyətinə uyğun olaraq övladına öz adı verilib.

Qeyd edək ki, Xəqani Fətiyev vətən müharibəsi başlayandan füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin canlı qüvvəsinin məhv edilməsində böyük şücaət göstərib. O, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xəqani Fətiyev ölümündən sonra  ''Cəsur döyüşçü '' və ''Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib.


Etiketlər:  Cəlilabadda yeni doğulan körpəyə şəhid atasının adı verildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ