Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 16:36
Bir vaxtlar onu Ağdamda tanımayan yox idi. Hətta insanlar övladlarının toyunda onun iştirak etməsi üçün əvəlcədən növbəyə dururdular. Ağdamın məhşur tar ifaçısı Novruz Axundov doğma torpağından didərgin düşəndən sonra əlini bir daha tara tərəf aparmır. Deyir, el obama nə vaxt qayıtsam, öz sənətimə də həmin vaxt qayıdacam. Bu gün o gündür. Əməkdaşlarımız Ağdam sakini Novruz kişini öz doğma rayonuna aparıblar.
Oxu, tar, oxu tar!
Səni kim unudar? Bəli o da bu neçə illər ərzində nə tarını nə də onu simlərindən süzülən nəğmələri unutmadı. Doğma yurdunu tərk etdiyi gündən əlinə birdə tarını almadı. Ta ki, 28 ildən sonra bu gün ilk dəfə ata baba yurduna qayıdana kimi.
Ağdamın tanınmış musiqi ifaçılarından olan Novruz Axundov 1993-cü ildə doğma rayonu ermənilət rərəfindən işğal olunduqdan sonra bir daha tarını ifa etməyib. Amma bu gün Ağdama qədəm qoyan tarzən yenə də tarın simlərinə can verib.
Bəli, mədəniyyəti ilə tanınan Ağdamda yeni salınacaq muzeylər vasitəsi ilə dünyaya bir daha işğala qədər burda baş verənlər və qələbədən sonrakı Ağdam nümayiş etdiriləcək.
Ağdamın iqtisasdi gücünü də artırmaq üçün artıq yeni işlərə start verilib.
Öz iqtisadi gücünü bərpa edən Ağdamda yol infastrukturunda və şəhərin yenidən dircəlməsində əhəmiyyətli addımlar atılır.
Ağdamda quruculuq işləri sürətlə davam edir. Burda yaşayan ailələrin övladlarının təhsil alması üçün yeni məktəbin də təməli qoyulub. Bu məktəbdə 960 nəfər şagirdin təhsil alması üçün hər cür şərait yaradılıb.