Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ nüvə silahı proqramına 2,83 milyard dollar ayırmağı planlaşdırır

ABŞ nüvə silahı proqramına 2,83 milyard dollar ayırmağı planlaşdırır

Tarix: 2 Iyun 2021 23:58

ABŞ növbəti maliyyə ilində nüvə silahının hazırlanması, istehsalı və modernizəsi proqramlarına 2,83 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Konqresin nəzərdən keçirdiyi büdcə sənədlərində deyilir.

Ötən illə müqayisədə nüvə silahı proqramının xərcləri 165 milyon dollar (6,2 faiz) artırılacaq. ABŞ-ın nüvə arsenalına məsul Nüvə Təhlükəsizliyi üzrə Milli İdarə ən böyük vəsaiti (1,1 milyard dollar) hava bazalı qanadlı raketlər üçün W80 döyüş başlıqlarının və "B-2 Spirit" strateji bombardmançıları üçün B61 nüvə bombalarının (təxminən 772 milyon dollar) istifadə müddətinin uzadılması üçün istəyib.

Eyni zamanda, "Minuteman-3" qitələrarası ballistik raketlər üçün W87 döyüş başlıqlarının və nüvə sualtı qayıqlarının "Trident II D5" ballistik raketləri üçün W88 döyüş başlıqlarının modifikasiya proqramlarına müvafiq olaraq 691 milyon və 207 milyon dollardan çox vəsait yönəldiləcək.

Növbəti maliyyə ilində sualtı qayıqların ballistik raketləri üçün nəzərdə tutulan W93 döyüş başlıqlarının hazırlanmasına daha 72 milyon dollar xərclənməsi planlaşdırılır.

Aşağı gücdə W76-2 nüvə başlıqlarının istehsalı üçün vəsait ayrılması nəzərdə tutulmayıb. "Trident II D5" raketlərinin bir hissəsinin təchiz olunması üçün 5-8 kilotonluq döyüş başlıqlarının istehsalı 2020-ci ildə başa çatıb. Amerika Alimləri Federasiyasının məlumatına görə, ümumilikdə 50 ədədə yaxın belə döyüş başlığı istehsal edilib.

Qeyd edək ki, hazırda ABŞ ümumilikdə 5 min 550 nüvə başlığına malikdir.


Etiketlər:  ABŞ nüvə silahı proqramına milyard dollar ayırmağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ