Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 18:38
Xəzər dənizini çirkləndirən amillər arasında kanalizasiya sularının qanunsuz olaraq dənizə axıdılması da var. Belə yerlərdən biri də Bilgəh ərazısindədir. Hansı ki, bura insanların həm üzmək, həm də balıq tutmaq üçün getdiyi yerlərdəndir. Maraqlıdır ki, Azərsu Açıq Səhmdar Cəmiyyəti ərazidə quruma məxsus heç bir kanalizasiya xəttinin olmadığını deyir. Bəs görəsən həmin kanalizasiya xətti kimə məxsusdur?
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, kanalzasiyanın çirkab suyu birbaşa dənizə axır.
Adətən çirkab suların təmizlənərək dənizə axıdıldığını nəzərə alsaq bu dəfə rastlaşdığımız mənzərə deyilənlərdən uzaq idi. Bilgəh qəsəbəsinin Daçniki sayılan sahilyanı ərazisində kanalzasiyanın suyu boru vasitəsilə Xəzər dənizinə axıdılır. Dənizə isə bəzi vətəndaşlar çimməyə, bəziləri də də balıq tutmağa gəlir.
Çirkab suyun yaratdığı qoxu balıq tutmağa gələnləri ərazidən xeyli uzaq salmışdı. Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı əməkdaşlarımıza bildirib ki, bilgəh qəsəbəsində quruma məxsus heç bir kanalzasiya xətti yoxdur. Maraqlıdır bəs görəsən həmin kanalizasiya xətii kimə məxsusdur? Ərazidəki insanlardan bunu soruşmağa çalışsaq da, suallarımıza cavab verməkdən qaçdılar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik. Qurumun mətbuat katibi İradə İbrahimova Xəzər Xəbərə bildirib ki, sözü gedən məsələdən xəbardardırlar. Araşdırma aparılır və nəticəsi barədə vətəndaşlara məlumat veriləcək.