Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu dueti Xudayara hədiyyə etmək istəyirdim''

''Bu dueti Xudayara hədiyyə etmək istəyirdim''

Tarix: 3 Iyun 2021 19:25

Əməkdar artist Abbas Bağırov şəhid Xudayar Yusifzadə ilə hazırladığı virtual duetdən bəhs edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Gün ortası" verilişində bu haqda danışıb. O bildirib ki, dueti Xudayar sağ olanda hazırlayıb:

"Müharibə vaxtı dostum video göndərdi ki, bax gör necə gözəl oxuyur? Dedim, yəqin xanəndədir. Göndərdim aranjimançıya ki, bunu düzəlt, əsgərimizə hədiyyə edəcəm. Bir bənd oxumuşdu, ikincini özüm oxudum. Gedirdim, studiyaya mahnını oxumağa. Mesaj gəldi ki, Xudayar şəhid olub. Yaşadığım anı sizə izah edə bilmərəm. Bir neçə gündən sonra özümdə güc topladım və dedim, bu səs yaşamalıdır. Beləcə dueti hazırladım. Amma çətinliklə. Gedirdim studiyaya oxuya bilmirdim".


Etiketlər:  dueti Xudayara hədiyyə etmək istəyirdim


RƏYLƏR