Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovun rekordunu yarıladı - 7 ilə

Qurban Qurbanovun rekordunu yarıladı - 7 ilə

Tarix: 3 Iyun 2021 20:32

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yığmada 7-ci qolunu vurub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Sabah"ın hücumçusu milli tarixinə bunu bacaran 7-ci oyunçu olub.

"Top-7"yə düşən forvard rekordu yarılayıb. Millinin ən yaxşı qolçusu Qurban Qurbanov 14 top vurub.

Şeydayev bunun yarısı qədər fərqlənən Elvin Məmmədov, Branimir Subaşiç və Rauf Əliyevə çatıb. Lakin sonuncu iki hücumçu daha çox matç keçirib. Ramil isə Elvinlə eyni sayda oyuna çıxıb.

Onlar 4-cü yerə şərikdir. Qurbanovla yanaşı Vaqif Cavadovla Dmitri Nazarov da daha çox fərqlənib.

1. Qurban Qurbanov - 14 (68)
2. Vaqif Cavadov - 9 (58)
3. Dmitri Nazarov - 8 (43)
4-5. Ramil Şeydayev - 7 (37)
4-5. Elvin Məmmədov - 7 (37)
6. Branimir Subaşiç - 7 (40)
7. Rauf Əliyev - 7 (47)

Milli.Az


Etiketlər:  Qurban Qurbanovun rekordunu yarıladı 7 ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ