Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidlərin xanımları işlə təmin olunur - VİDEO

Şəhidlərin xanımları işlə təmin olunur - VİDEO

Tarix: 5 Iyun 2021 14:24

Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid xanımları da işlə təmin edilir. Üstəlik, onların əməkhaqlarının 50%-ini elə dövlət ödəyir. ''Sosial iş yerlərində əməkhaqlarının birgə maliyyələşməsi'' layihəsi çərçivəsində təkcə şəhidlərin həyat yoldaşları deyil, sosial cəhətdən həssas qruplardan olan digər şəxslər də işlə təmin edilirlər. Dövlət Məşğulluq Agentliyi tərəfindən indiyə qədər layihəyə müraciət edən 536 nəfərə münasib iş yerlərinə göndəriş verilib.

''Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi'' layihəsi çərçivəsində işlə təmin olunanlar arasında şəhidlərin həyat yoldaşları da var. Bunu ''Xəzər Xəbər''ə müsahibəsində Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla İş Departamentinin müdiri Fatimə Ələkbərova deyib. O bildirib ki, ilk gündən Agentliyin bu layihəsinə maraq həddindən artıq böyük olub. Layihə çərçivəsində müraciət edən şəxslərə agentlik tərəfindən iş yerlərinə göndəriş verilib. 

Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, proqramda iştirak üçün bu günədək "Məşğulluq" altsisteminə vakansiya yerləşdirən 71 işəgötürən ilə müqavilə imzalanıb. 

Fatimə Ələkbərova onu da bildirdi ki, ''sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi'' proqramı çərçivəsində indiyə qədər sosial cəhətdən həssas qruplardan olan 536 şəxsə münasib iş yerlərinə göndəriş verilib. Artıq göndəriş verilən şəxslərdən 155-i həmin işəgötürənlərə aid müəssisələrdə minimum iki illik işlə təmin olunublar.


Etiketlər:  Şəhidlərin xanımları işlə təmin olunur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ