Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2021 16:12
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məlumatlandırılması və vergi orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin təşviqi istiqamətində tədbirləri davam etdirir.
Sonxeber.net xəbər verir ki, bu barədə xəzərxəbər-ə qurumdan məlumat verilib.
Məlumata görə, Xidmət "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa ərizəsi"nin onlayn tərtib olunması və göndərilməsi qaydası" adlı videotəlimat hazırlayıb. Elektron təlimatda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa ərizəsinin onlayn tərtib olunması və göndərilməsi prosesi ətraflı izah olunur.