Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 yaşlı qız 4 yaşlı bacısı ilə maşın qaçırdılar

9 yaşlı qız 4 yaşlı bacısı ilə maşın qaçırdılar

Tarix: 5 Iyun 2021 17:38

ABŞ-ın Yuta ştatında 9 yaşlı qız və kiçik bacısı Kaliforniyaya çatmaq üçün valideynlərinin avtomobilini oğurladılar və daha sonra evlərindən 16 km aralıqda bir yük maşını ilə toqquşdular. Xoşbəxtlikdən uşaqlar xəsarət almayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə NYP məlumat yayıb.
 
Məlumata görə, uşaqlar öz əməllərini "okeanda üzmək" istəyi ilə izah ediblər.
 
Polis bildirir ki, 9 yaşlı qız 4 yaşlı bacısı ilə maşını "qaçırıb". Avtomobilə ciddi ziyan dəyib və hüquq-mühafizə orqanlarının əməkdaşları evakuator çağırmalı olublar. Polis bacıların təhlükəsizlik kəməri taxdıqlarını və bu səbəbdən xəsarət almadıqlarını qeyd edib.

Milli.Az


Etiketlər:  yaşlı qız yaşlı bacısı ilə maşın qaçırdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ