Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşa muzeyini talan edən erməni - FOTO

Şuşa muzeyini talan edən erməni - FOTO

Tarix: 7 Iyun 2021 14:58

Ermənilər Şuşa muzeyini talan ediblər.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu faktı Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Naira Zöhrabyan paylaşıb.

O, Şuşa işğaldan azad olunmamışdan bir neçə gün əvvəl şəhərdən xalçaları çıxaran erməni Armen Xaçatryanın fotosunu paylaşaraq bunları qeyd edib. 

"Bu sürücü Armen Xaçatryandır. O, noyabrın 1-nə keçən gecə düşmən atəşi altında olduğu üçün avtomobilin işığını söndürüb və Şuşa xalça muzeyinin eksponantlarını Yerevan Tarix Muzeyinə, Milli Qalereyaya daşıyıb. Armen 160 xalça, xalı və kilim, 30 saxsı qab, 50 rəsm əsərini apara bilib. Həmin vaxt Şuşa-Aqavno yolu tamamilə atəşə tutulmuşdu".

Milli.Az


Etiketlər:  Şuşa muzeyini talan edən erməni FOTO


RƏYLƏR