Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqqasə Fatimədən ''toylarda aşverən'' ittihamına cavab - Qalmaqal

Rəqqasə Fatimədən ''toylarda aşverən'' ittihamına cavab - Qalmaqal

Tarix: 8 Iyun 2021 13:55

Rəqqasə Fatimə Fətəliyeva Əməkdar artist Vasif Məhərrəmli ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla"da Vasifin onun ünvanına dediyi "Toylarda aşverəndir" sözlərinə aydınlıq gətirib. O bildirib ki, Vasiflə barışıblar:

"Verilişlərin birində qalmaqal yarandı, Vasifə zəng edildi. Orada menyuda adı pomidor-xiyarla bir gedən rəqqasə kimi adımı hallandırdı. Vasif bəylə dəfələrlə toylarda bir iştirak etmişik. Məni orada menyuda yox, ayrı görüblər. Restoranda işləyəndə gəlirdilər ki, kimləri dəvət edə bilərsiz? Vasif bəyi menyuda deməyiblər? Mən oynayanda tək idim? Məryəm Süleymanova, başqa rəqs qrupları da var idi. Məni istəyirlərsə menyudayam? Əgər menyudayamsa, adım pomidor-xiyarla çəkilməlidir? Vasifdən küsmüşdüm, dəfələrlə üz-üzə gəldik və üzümü çevirdim. Bir dəfə studiyada görüşdük, dedi, səni çox istəyirəm, bağışla. Deyim sənlə danışmayacam ömürboyu? Beləcə, barışdıq".

Milli.Az


Etiketlər:  Rəqqasə Fatimədən toylarda aşverən ittihamına cavab Qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ