Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilərin HHM-si bu üsulla məhv edilib - Əvvəlcə "An-2" təyyarəsi göndərilir, sonra pilot... - FOTO

Ermənilərin HHM-si bu üsulla məhv edilib - Əvvəlcə

Tarix: 8 Iyun 2021 14:36

İkinci Qarabağ müharibəsi vaxtında Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv edilməsi üsulu qrafik şəklində yenidən yayılıb. 

Milli.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsində istifadə olunan ən uğurlu taktikalardan biri Ermənistan ordusunun hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi üsuludur. Belə ki, ermənilərin S-300 və digər HHM sistemlərinin yerini tapmaq üçün əvvəlcə "An-2" təyyarəsi havaya qalxır. Qısa müddət sonra pilot təyyarəni avto idarəetməyə qoyaraq paraşütlə tullanır. "An-2" pilotsuz şəkildə uçuşa davam edir. Bir neçə dəqiqə sonra HHM təyyarəni tutur və məhv edir. Beləcə düşmənin hava hücumundan müdafiə sistemlərinin yeri məlum olur. Daha sonra "Bayraktar" havaya qalxır və rahat şəkildə hədəfi darmadağın edir. 

Həmin taktikanın qrafikini təqdim edirik:

Milli.Az


Etiketlər:  Ermənilərin HHM si bu üsulla məhv edilib Əvvəlcə An 2 təyyarəsi göndərilir sonra pilot FOTO


RƏYLƏR