Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 22:00
"Ermənistanın Xarici İşlər Nazirliyinin nazirsiz və nazir müavinlərisiz qalması biabırçılıqdır".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş prezidenti, "Ermənistan Alyansı" seçki blokunun lideri Robert Koçaryan Sisanda sakinlərlə görüşündə bildirib.
O, ali siyasi rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində dövlət sisteminin kollapsa düşdüyünü bildirib.
Qeyd edək ki, mayın 27-də Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan və iyunun 7-də xarici işlər nazirinin müavinləri tutduqları vəzifədən istefa veriblər.