Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 14:32
Soçidə atışma baş verib və bu zaman məhkəmənin iki icra məmuru öldürülüb.
Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, atəşi sökülməsi üçün qərar verilən ev sahibi 60 yaşlı Vartan Koçiyan açıb. Güllələnən 35 və 36 yaşlı məhkəmə icraçılarının meyitləri küçədə tapılıb. Maraqlıdır ki, güllənən də ermənilərdir - Andranik Matevosyan, Albert İaqozonyan.
Evi söküləcək şəxsin evinə 3 məhkəmə icraçısının gəldiyi bildirilir.
Digər məlumata görə, ərazidə atışma davam edir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Bu dəqiqədə yayılan xəbərə görə, məmurları güllələyən şəxs saxlanılıb.