Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2019 19:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda Hövsan-Türkan yolunda qəza baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb.
36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 5, 7,14 yaşlı uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin