Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 10:40
Şübhəsiz ki, bu dəfə Ermənistan seçkilərinin diqqət çəkən məqamlarından biri "Qarabağ klanı"nın və onunla bağlı olan siyasi qüvvələrinin aktivləşməsidir. Robert Koçaryan və Serj Sarkisyan ətrafında birləşən seçki blokları sağa-sola seçkiqabağı vədlər paylaşır, işıqlı gələcək, görünməmiş iqtisadi aktivlik vəd edirlər. Vaxtilə Nikol Paşinyan kimi vədlər verir, lakin bunların mənbəyini göstərmirlər. 20 illik idarəçilikləri dövründə böhran yaşayan dövlət ölkəni kütləvi şəkildə tərk edənlərin məzlum yurduna çevrilib. Koçaryan və Sarkisyanın regional nəqliyyat kommunikasiyalarının açılmasına tənqidi münasibətə əsaslanıb demək olar ki, onlar bundan sonra da Ermənistanı izolyasiyada saxlamaqda davam edəcəklər.
44 günlük fiaskodan sonra bu ümumiyyətlə onlar üçün fatal nəticələrə gətirib çıxaracaq. Ən maraqlı olan odur ki, Sarkisyan və Koçaryan, eləcə də, Ohanyan ordunun yenidən qurulmasının vacibliyindən danışır. Hətta Ohanyan bunu üç ilə başa çatdıracağını da deyir. Bütün bunlar sözsüz ki, cəfəng, taftalogiya və erməni cəmiyyətinə yönəlik bəyanatlardır. Yalandır, ona görə ki, Ermənistan obyektiv və subyektiv səbəblərdən Azərbaycanla heç bir halda hərbi sahədə ayaqlaşa bilməyəcək.
Lakin erməni liderlərin bu tip çağırışları həm də imzalanan üçtərəfli sülh razılaşmasına qarşı yönəlib və birbaşa hədədir. Qalib gələcəkləri təqdirdə, revanşist əhval-ruhiyyənin artacağına işarədir. Belə yerdə prezident İlham Əliyevin rəsmi Bakının Ermənistanı Azərbaycanı hədələycək səviyyəyə çatacağına imkan verməyəcəyi bəyanatını yada salmaq olar. Prezident revanşist qüvvələri xəbərdar edib ki, Azərbaycan gərək olarsa, sarsıdıcı zərbə endirə bilər, təhlükəni məhv edər.
44 günlük müharibə aqressiv cəhdləri, iddiaları ilə Ermənistanı nələri gözləyə biləcəyini nümayiş etdirdi. Təbii ki, bu ölkənin vətəndaşları kimi seçməkdə azaddırlar. Lakin istənilən qüvvə bölgüsü şəraitində bilməlidirlər ki, türk qonşuları ilə düşmənçilik siyasəti yürütməyin gələcəyi yoxdur.
Kamran Seyidov