Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 12:54
Milli Məclisin deputatı Siyavuş Novruzov müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili parlamentdə çıxışı zamanı bildirib ki, hazırda müharibə veteranları kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət alırlar:
"Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal ödənişlər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik".