Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİİ-nin tələbələri “Yay məktəbi”ndə növbəti mühazirəni dinləyib

Aİİ-nin tələbələri “Yay məktəbi”ndə növbəti mühazirəni dinləyib

Tarix: 6 Avqust 2019 05:24

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan “Yay məktəbi” davam edir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, “Yay məktəbi”nin növbəti günü Bursa Uludağ Universiteti İlahiyyat fakültəsinin dosenti, Din psixologiyası müəllimi İbrahim Gürses həyatı gözəlləşdirməyin yolları, problemlərin həlli üsulları haqqında tələbələrə maraqlı söhbət açıb.

Qeyd edib ki, dünyanı iki fikir – həqiqətlər və düşüncələr idarə edir. Düşüncələrə fikirlərin və qənaətlərin, həqiqətlərə isə inancların, mədəniyyətlərin və irqi ayrılıqların daxil olduğunu nəzərə çatdırıb. “Həyatınızı fikirlərinizlə, bacarıqlarınızla dəyişə bilərsiniz. Əgər dayanmadan öz üzərinizdə çalışsanız, istedadlı, savadlı olsanız, həyatınızda çox şeyi dəyişə bilərsiniz”, – deyə vurğulayıb.

İnsanın bacarıqlarını nümayiş etdirməsi, yaxud istedadını üzə çıxarması üçün səy göstərməsinin vacib olduğunu vurğulayan İ.Gürses Allahın bütün insanları mükəmməl yaratdığını söyləyib.

Tələbələrin marağına səbəb olan mühazirədə dosent İbrahim Gürses onların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, “Yay məktəbi”ndə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsinin tələbələri də iştirak edirlər. “Yay məktəbi”nin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Yay məktəbi” dövründə tələbələrə Ərəb dili, İngilis dili, Quran, Təfsir, Siyər, Hədis, Fiqh, Pedaqogika, Müasir dini cərəyanlar, bundan əlavə, Türk dili və Ədəbiyyat fənləri keçirilir. Eyni zamanda, tələbələr üçün müxtəlif iş adamlarının, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfranslar təşkil olunur.

Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri, İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Aİİ tələbələri məktəbində növbəti mühazirəni dinləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ