Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makrona sillə vuran şəxsə hansı cəza verildi? - VİDEO

Makrona sillə vuran şəxsə hansı cəza verildi? - VİDEO

Tarix: 11 Iyun 2021 21:54

Valans məhkəməsi Fransa prezidenti Emmanuel Makrona şillə vurmuş Demyen Tarel barəsində hökm verib.

Sonxeber.net bildirir ki, o, dörd ay müddətində azadlıqdan məhrum edilib.

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib.

Dövlət başçısı yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman kütlə arasında olan Damyen ona nəsə deyərək üzünə şillə vurub.

Fransalı siyasi və ictimai xadimlər Tarelin bu hərəkətini qınayıb, Makron özü isə məsələni şişirtməməyə çağırıb və sakinlərlə görüşlərini davam etdirəcəyini bildirib.


Etiketlər:  Makrona sillə vuran şəxsə hansı cəza verildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ